Accessibility links

Tariq Əzizin məhkəmə prosesi başlayır


Bu gün İraqın sabiq baş nazirinin müavini Tariq Əzizin bu gün məhkəməsi bir neçə saat gecikdirilib. 1992-ci ildə onlarla biznesmeninin qətlində ittiham edilən Tariq Əziz artıq beş ildir ki, həbsdədir. Sağlamlıq durumunun ağır olduğu deyilən Əziz ərzaq qiymətlərini qaldırdıqlarına görə 42 biznesmeninin edam hökmünü imzalamaqda ittiham edilir. Günahkar bilinərsə, onu ölüm cəzası gözləyir. Tariq Əziz İraqı BMT və digər beynəlxalq qurumlarda təmsil edən şəxs idi. Digər bir müttəhim isə Kimyəvi Əli kimi tanınan Əli Həsən Əl-Məciddir.

XS
SM
MD
LG