Accessibility links

ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı illik hesabatı açıqlanıb


ABŞ Dövlət Departamentinin hesabatında Əl-Qaidənin 2001-ci il sentyabrın 11-i terror aksiyalarından əvvəlki fəaliyyətləri ilə müqayisədə indi dəyişikliklərin qeydə alındığı bildirir. Hesabatda deyilir ki, Əl-Qaidə ona mane olmaq istəyənlərə maksimum ziyan vurmaq üçün kütləvi qırğın silahları əldə etməyə can atır. Hesabatda İranın terrorizmin ən fəal sponsoru olaraq qaldığı və bu ölkənin Yaxın Şərqdə planlaşdırılan terror aksiyalarında birbaşa rolu olduğu bildirilir. Dövlət Departamentinin hesabatında İranın İnqilabi Nəzarət Şurasının Fələstinin yaraqlı qruplaşmaları, Livanda yerləşən şiə Hezbullah , İradqa yaraqlılar və Əfqanıstanda talibləri dəstəklədiyi vurğulanır. Azərbaycana gəldikdə isə sənəddə deyilir ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində fəallıq nümayiş etdirir. 2003-cü ildən etibarən Azərbaycan İrandakı sülhməramlı missiyaya qoşulub. Azərbaycan əsgərləri 2002-ci ildən bəri Türkiyənin Əfqanıstandakı sülhməramlı kontingenti tərkibində yer alır. Azərbaycanda terrorizmlə mübarizə səyləri çərçivəsində Sumqayıt şəhərində Əbu Cəfər adlı etnik ərəbin başçılıq etdiyi 12 azərbaycanlıdan ibarət terrorist qrupu aşkar edilib. Barələrində cinayət işi qaldırılan bu qrupa məxsus çoxsaylı silah, hərbi sürsat və digər avadanlıq müsadirə edilib. ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı illik hesabatında dünyanın digər bölgələrində həyata keçirilən terror aksiyaları və əsk-terrorizm fəaliyyətləri də yer alır.

XS
SM
MD
LG