Accessibility links

Nuri Əl-Maliki yaraqlıları tərksilah edəcəyinə söz verib


İraqın baş naziri Nuri Əl-Maliki şiələrin Mehdi Ordusunu, sünni yaraqlıları və İraqdakı Əl-Qaidə qrupunu tərksilah edib, dağıdacağına söz verib. Cənab Əl-Məliki bunu bu gün Bağdadda mətbuat konfransı zamanı deyib. İraqın baş naziri bu vədi ABŞ və İraq hərbi qüvvələrinin Bağdadın Sədr şəhərində radikal şiə ruhani Müqtəda Əl-Sədrin yaraqlıları arasında gedən şiddətli döyüşlərdən sonra verib.

Hərbi qüvvələr bazar günündən bəri üç gün sürən toqquşmalarda 16 döyüşçünün öldürüldüyünü bildirir. Cənab Maliki keçən ay Bəsrədə Sədrin Mehdi Ordusuna qarşı əməliyyatların keçirilməsi haqda qərar vermişdi.

XS
SM
MD
LG