Accessibility links

Kondoliza Rays: "İran Həmasdan alət kimi istifadə edir"


ABŞ dövlət katibi Kondoliza Rays İranın Yaxın Şərqdə sabitsizlik yaratmaq üçün Fələstinin Həmas qrupundan alət kimi istifadə etdiyini bildirib. Amerikanın yəhudi liderləri ilə Vaşinqton görüşü zamanı xanım Rays deyib ki, Həmas yaraqlılarının İran hökumətinin “vasitəçi döyüşçü” rolu İsrailin məhv edilməsinə yönəlib. Həmasa şifahi dəstək verən İran qrupun təlimlərdən keçirildiyinə dair ittihamları rədd edir. Dövlət katibi Rays Vaşinqtonun terrorizm və silahların yayılmasındakı roluna görə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini deyib.
XS
SM
MD
LG