Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hilari Klinton kampaniyalarını İndiana ştatında davam etdirirlər


Bu gün ABŞ prezidentliyinə Demokrat namizədlər Barak Obama və Hillari Klinton İndiana ştatında kampaniyalarını davam etdirirlər. Kampaniyaların əhəmiyyəti may ayının 6-da praymeriləri öncəsi daha da artıb.

Barak Obama keşiş Ceremaya Raytın dediklərini qınadıqdan sonra indi diqqətiləri digər səmtə yönəltməyə çalışır. İllinois senatoru 20 il onun keşişi və dostu olmuş bir şəxsi tənqid etməyin asan iş olmadığını deyib. O, deyib ki, kampaniyasının diqqət mərkəzində Amerka xalqı və onun üzləşdiyi çətinlikləridir.

Nyu York senatoru xanım Klinton Raytla bağlı mübahisəyə münasibət bildirməyib. Lakin Fox tele-kanalına müsahibəsi zamanı sabiq birinci xanım keşişin çıxışını təhqiramiz adlandırıb.

XS
SM
MD
LG