Accessibility links

Bağdadın ticarət mərkəzində bomba partlayışı həyata keçirilib


Bağdadda bomba partlayışı 9 nəfərin ölümünə, 23 nəfərin isə yaralanmasına səbəb olub. Polisin dediyinə görə, partlayış ABŞ hərbçilərinin nəzarətində olan Bağdadın şərqindəki ticarət mərkəzində bu gün səhər baş verib. ABŞ ordusunun məlumatında isə İraqın digər bölgələrində koalisiya qüvvələrinin 6 yaraqlını öldürdüyü, 10 nəfəri isə həbs etdiyi deyilir. Yaraqlılar dünən və bu gün Əl-Qaidəni hədəfə alan hücumlar nəticəsində zərərsizləşdirilib.

Başqa bir xəbərdə deyilir ki, İraq əsgərləri Bağdadın şimal-qərbində 8 cinayətkarı öldürüb. Martın sonunda İraq və ABŞ qüvvələri Sədr şəhərində şiə yaraqlılarına qarşı hücumları intensivləşdirəndən bəri Bağdadda zorakılıq faktlarının sayı artıb.

XS
SM
MD
LG