Accessibility links

Rusiya Gürcüstanla sərhəd böləgəsində yeni hərbi birləşmələr yerləşdirməyə başlayır


Gürcüstan və NATO-nun ciddi narahatlıqlarına baxmayaraq, Rusiya Gürcüstanın separatçı regionları olan Abxaziya və Osetiyaya əlavə hərbi qüvvələrin yerləşdirilməsinə başlayıb. Rusiya xəbər agentlikləri ölkənin müdafiə nazirinin bəyanatına istinadən bildiriblər ki, mübahisəli sərhəd regionunda hərbi postları doldurmaq və kommunikasiya sistemi qurmaq üçün lazımı ölçülər götürülüb. Bəyanatda nə qədər qoşunun regiona göndərildiyi deyilmir. Bu günə qədər regionlarda 2 000 sülhməramlı qüvvə var idi. Ancaq bəyanatda deyilir ki, bu əsgərlərin sayı beynəlxalq göstəricilərdə tələb olunan rəqəmi təmin etmir.
XS
SM
MD
LG