Accessibility links

Zəhmətkeşlərin həmrəylik günü Türkiyədə insidentlərlə müşayiət olunub


Bu gün may ayının 1-i dünya zəhmətkeşlərinin həmrəylik günü İstanbulda minlərlə qiyam polisi hökumətin yasaqladığı yürüşə mane olub. Polis şəhərin Taksim meydanına tərəf irəliləyən nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Aksiya iştirakçılarının bəzisi polisi daşa basıb. Bir neçə adamın yaralandığı xəbər verilir. Çoxsaylı insanın nəzarət altına alındığı bildirilir. Türkiyənin solçu əmək konfederasiyası az sonra yürşü dayandırmalı olub. Türkiyə hökuməti yürüşün zorakı xarakter alacağından ehtiyat edərək aksiyanı qadağan etmişdi. Bu gün Rusiyanın paytaxtı Moskvada 30 mindən artıq adamın iştirakı ilə bir may yürüşü təşkil edilib.
XS
SM
MD
LG