Accessibility links

Azərbaycan Rusiyadan Buşehr stansiyası üçün İrana gedən yükü sərhəddən buraxıb


Azərbaycan Rusiyadan İrana Buşehr nüvə elektrik stansiyasının inşası üçün gedən yükü bir ay saxladıqdan sonra bu gün sərhəddən buraxıb. Azərbaycan rəsmiləri deyir ki, yük bu gün İranla sərhəddəki gömrük məntəqəsindən keçib. Rəsmi Bakı bu addımı həftənin əvvəlində materiallarla bağlı Rusiyadan ətraflı məlumat aldıqdan sonra atıb. Azərbaycan gömrükçüləri yükü martın 29-da İran sərhəddində saxlayaraq bildiriblər ki, bunun BMT-nin İrana qarşı sanksiyaslarını pozmadığına əmin olmaq istəyirlər. İran şimal qonşusundan yükü buraxmağı tələb edirdi.
XS
SM
MD
LG