Accessibility links

Yaxın Şərq üzrə Kvartet İsrail və fələstinliləri vədlərinə əməl etməyə çağırır


Dünyanın qüdrətləri dövlətləri İsraili və ərəb dövlətlərini Yaxın Şərq sülh danışıqlarını dəstəkləmək vədlərinə hörmət etməyə çağırır. Yaxın Şərq üzrə kvartetin bu gün Londonda açıqladığı bəyanatda İsrail İordan çayının Qərb sahilində “yaşayış məntəqələri inşa etmək fəaliyyətlərini dondurmağa”, Fələstin Muxtariyyəti isə terrorizmə qarşı mübarizə haqda vədinə əməl etməyə çağırılır. Yaxın Şərq üzrə kvartetin üzvləri olan ABŞ, Avropa Birliyi, Rusiya və BMT Qəzza zolağında humanitar vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər. Kvartetin görüşündən öncə ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, Fələstin dövlətinin yaradılmasına kömək etmək üçün resurslara malik ərəb ölkələri prosesə maksimum nə qədər yardım edə biləcəklərini nəzərdən keçirməlidir. Xanım Rays ad çəkməsə də, bir ABŞ rəsmisi onun indiyə qədər Fələstin Muxtariyyətinə maliyyə dəstəyi verməyən Küveyt, Qətər və digər ölkələri nəzərdə tutduğunu bildirib.
XS
SM
MD
LG