Accessibility links

Olimpiya Oyunlarının məşəl dolandırılması Honq Konqda insidentsiz başa çatıb


Pekin Olimpiya Oyunlarının məşəl dolandırılması Honq Konqda insidentsiz başa çatıb. Səkkiz saatlıq səyahət ərzində 100-dən çox idmançı məşəli yağmurlu yollar və körpülərdən keçiriblər. Məşəl-dolanma mərasimi Qızıl Bauhiniya Meydanında sona yetib.

Bu arada Tibetin ruhani lideri Dalay Lamanın elçiləri Tibetdəki vəziyyəti müzakirə etmək üçün Çin paytaxtına yola düşüblər. Dalay Lamanın idarəsinin açıqlamasında bildirilir ki, iki elçi bu gün Çin rəmsiləri ilə qeyri-formal danışıqlar aparamaq üçün Pekinə gələcəklər.

XS
SM
MD
LG