Accessibility links

Əl-Cəzirənin operatoru Quantanamo məhbəsindən azad edilib


Sudan televiziyasının video operatoru 6 il ABŞ-ın Quantanamodakı hərbi bazasında həbsdə saxlandıqdan sonra vətəninə qayıdıb. Sami Əl-Həcc Sudan paytaxtı Xartuma qayıdan kimi xəstəxanaya aparılıb. Əl-Həcc ərəb telekanlı Əl-Cəzirədə video operator qismində çalışarkən Pakistan qüvvələri tərəfindən 2001-ci ildə yaxalanmış və ABŞ rəsmilərinə təhvil verilmişdi. O, bu gün Quantanamodan azad edilən 9 adamdan biridir. ABŞ hərbçiləri onlardan üçünün Sudana, beşinin Əfqanıstana, birinin isə Mərakeşə qaytarıldığını bidlirir.

XS
SM
MD
LG