Accessibility links

ABŞ Dövlət katibi Gürcüstanın münaqişəli bölgələrində Rusiyanın əlavə qüvvəsinə ehtiyac görmür


ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, o, Rusiyanın Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiyada əlavə slühümühafizə qüvvəsi yerləşdirməsinə ehtiyac görmür. Xanım Rays məsələni Londonda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla müzakirə edəcəyini bildirib.


Kondoliza Rays deyib ki, Rusiyanın sülhümühafizə qüvvələrinin yeni dəstələrinin yerləşdirilməsini bu həftə elan etməsi Gürcüstanın bu regionlarında uzun müddətli sülhümühafizə missiyasına dair razılıqların şərtlərini pozmur, lakin bu addım gərginliyin artmasına səbəb olur.

Dövlət katibi məsələni Londona getdiyi təyyarədə müxbirlərlə müzakirə edib. Britaniya paytaxtında xanım Rays Yaxın Şərq və Kosovo məsələlərini müzakirə etmək üçün rusiyalı həmkarı ilə görüşəcək.

Məsələ iki həftə bundan əvvəl Rusiya bu regionlarda rəsmi səviyyədə əlaqələr yaratdığını bildirməsidən sonra yenidən kəskin şəkil aldı. Müxbirlərlə danışan Kondoliza Rays deyib ki, Moskvanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmək etməsi olduqca vacibdir və onun dediyi kimi, Gürcüstanın tərkib hissəsi olan bu iki ərazilə bağlı məsələlər rəsmi Tbilisi vasitəsilə müzakirə olunmalıdır. Onun sözlərinə görə, sülhümühafizə qüvvələrinin yerləşdirilməsinə ehtiyac yoxdur və indi bunun üçün münasib vaxt deyil.

Kondoliza Rays müxtəlif tərkibli əhaliyə malik bu iki regionun hüquqi
ehtiyacalarını ünvanlamaq üçün geniş həll yolu tapmağa çağırmış, lakin demişdir ki, məsələ öz həllini Gürcüstanın suverenliyi kontekstində tapmalıdır.

ABŞ Dövlət katibi Britaniya, Fransa, Almaniya və İtaliyanın xarici işlər nazirlərilə Kosovoya dair xüsusi iclasdan öncə Rusiya Xarici İşlər naziri ilə Kosovo məsələsini də müzakirə edəcəyini deyib.

Kondoliza Ryas deyib ki, Kosovonun fevral ayında müstəqilliyini elan etməsindən sonra müddət ərzində məsələnin mürəkkəbliyini nəzərə alaraq, işlər pis getmir və tərəflər özlərini məsuliyyətli aparıblar.

Xanım Rays bəzi insidentlərə baxmayarq, kosovoluların təmkin nümayiş etdirdiyini deyib və özünün keçmiş vilayətinin müstəqilliyini elan etməsinin əleyihə olan Serbiyadan razılıq bildirirərək onun Avropa Birliyinə üzvlük məsələsilə bağlı qurumla əlaqə yaratdığını əlavə edib.

XS
SM
MD
LG