Accessibility links

Kondoliza Rays İsraildədir


ABŞ dövlət katibi Kondoliza Rays İsrail-Fələstin sülh sazişinin əldə edilməsinə səyləri çərçivəsində İsrailə gedib. Xanım Rays Qüdsdə İsrailin baş naiziri Ehud Olmertlə görüşməyi planlaşdırır. Dövlət katibi bu ayın sonu ABŞ prezidenti Corc Buşun regiona səfəri öncəsi iqtisadi inkişaf və təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün hər iki tərəfə təzyiq göstərir. Xanım Raysın səfərindən əvvəl isə cənab Abbas hökuməti İordan çayının qərb sahilindəki Cenin şəhərində yüzlərlə polis yerləşdirib.
XS
SM
MD
LG