Accessibility links

K.Rays: "ABŞ Yaxın Şərqdə bütün sülh proseslərini dəstəkləyir"


ABŞ dövlət katibi Kondoliza Rays İsrail-Fələstin sülh razılığına ilin sonunadək nail olunmasının mükünlüyünü, ancaq İordan çayının qərb sahilindəki fələstinlilərin həyat şəraitinin yaxşılaşdırılması üçün İsrailin daha çox iş görə biləcəyini deyib. O, bu sözləri İordan çayının qərb sahilindəki Ramallah şəhərində fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəndən sonra deyib. Xanım Raysın sözlərinə görə, o, həm İsrail baş naziri Ehud Olmert, həm də müdafiə naiziri Ehud Barakla görüşdə yollarda nəzarət buraxılış məntəqələrinin sökülməsi məsələsini qaldırıb. Dünən ABŞ dövlət katibi İordan çayının qərb sahilindəki əhalinin yaşayışının yaxşılaşdırılması üçün İsrailin bu yoxlanış məntəqələrini sökməli olduğunu demişdi.

Yaxın Şərqdə səfərdə olan Kondoliza Rays deyib ki, ABŞ Türkiyənin vasitəçiliyi ilə davam edən Suriya-İsrail sülh prosesini dəstəkləyəcək, ancaq onun sözlərinə görə, Birləşmiş Ştatlar ilk öncə rəsmi Dəməşqin Livanla bağlı siyasətini dəyişməsini istəyir. Mərkəzi ofisi Londonda yerləşən ərəb dilli “Aşarq əl-Avsat” qəzetində çap edilən məqalədə Rays bildirib ki, Ağ Ev İsrail və Suriya da daxil edilməklə digər qonşuları ilə sülhə nail olmaq cəhdlərinə mane olmayacaq. Ancaq qəzet xanım Raysa istinadən yazır ki, Suriya xüsusilə Livan məsələsinə görə, Yaxın Şərqdə sülhə maraq göstərmir.

XS
SM
MD
LG