Accessibility links

“Nərgiz” siklonu nəticəsində ölənlərin sayı 4 000-ə çatıb


Birma rəsmiləri “Nərgiz” siklonu nəticəsində ölüm sayının 4 000-ə çatdığını bildirib. Qeyd edək ki, əvvəlki göstərici 350 idi. Dövlət telekanalının məlumatına görə, ölüm sayı barədə xəbər qasırğanın çənginə aldığı ucqar ərazilərdən gəlib. Rəsmilər 3000-dən çox insanın itkin düşdüyünü deyib. Şənbə günündən bəri ərzaq və yanacağın qiyməti kəskin şəkildə qalxıb.

Yardım agentlikləri sığınacaqsız qalmış 100 minlərlə insana təchizat çatdırmaq üçün tələsir. Dünən hərbi hökumət Ranqunla yanaşı, 5 mərkəz və cənub regionu – Yanqon, Ayeyavaddi, Baqo, Mon və Kareni fəlakət zonası kimi qiymətləndirib. Sakinlər ordunun çox az iş görməsindən şikayət edir.

XS
SM
MD
LG