Accessibility links

Afqanıstanda təsadüf nəticəsində 7 nəfər ölüb


Əfqanıstanın paytaxtı Kabildə 2 ayrı təsadüfi partlayış 4 uşağın və 3 polis işçisinin həyatına son qoyub. Birinci insidentdə bir qrup uşaq köhnə artileriya mərmisi ilə oynayan zaman partlayış baş verib. Partlayış zamanı 4 uşaq ölüb. İllərlə davam edən müharibədən sonra Əfqanıstanda partladılmamış minalar və başqa sursatlar qalmaqdadır. İkinci partlayış isə bir qrup polis əməliyyata hazırlaşarkən baş verib. Daxili İşlər Nazirliyinin sözçüsü Zemaray Başari deyib ki, zabitlərdən biri təsadüfən qumbaraatanı əlindən salıb. Partlayış 3 zabitin ölümünə səbəb olub.

XS
SM
MD
LG