Accessibility links

ABŞ-ın Las Veqas şəhərində Beynəlxalq Ərzaq Məhsulları sərgisi açılıb


May ayının 4-dən 7-dək ABŞ-ın Las Veqas şəhərində Ərzaq Marketinq İnstitutu beynəlxalq ərzaq məhsulları sərgisi təşkil edib. Azərbaycan-Amerika Ticarət Palatasının təşəbbüsü ilə sərgidə Azərbaycandan qrup şirkət iştirak edir. Sərginin məqsədi alıcı auditoriyasını məhsullarla tanış etməkdir. Azərbaycanı bu sərgidə AZERSUN HOLDING, BAKFEM, BALACANS, ELFEM, GILAN HOLDING, GOYCHAY COGNAC, INTERNATIONAL BANK OF AZERBAIJAN, MILK-PRO kimi 8 şirkət təmsil edir. Bu şirkətlər məhsullarını nümayiş etdirməklə ABŞ-ın istehlakçı bazarına çıxış əldə edəcəklərinə ümdi bəsləyirlər. Ərzaq Marketinq İnstitutunun hədəfi Amerika şirkətləri və istehlakçıları üçün rəqabətcil atmosfer yaradılmasıdır. Fəaliyyəti planı anti-monopolya siyasəti üzərində qurulan Ərzaq Marketinq İnstitutu sağlam rəqabət mühitinin yaradılması və şirkətlər arasında firkir mübadiləsinin təminat altına alınmasına şərait yaradır. Şimali Amerikada təşkil edilən tədbirlərin ən böyüyü olan bu sərgidə 90 ölkədən 20000 sənaye lideri iştirak edir.

XS
SM
MD
LG