Accessibility links

Panama prezidenti rəsmi səfərlə Vaşinqtondadır


ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə Panama prezidenti Martin Torrixosu qəbul edir. Liderlər qarşılıqlı ticarət əlaqələri, qərb yarımkürəsində azad ticarətin genişləndirilməsi, demokratiyanın möhkəmləndirilməsi və iqtisadi inkişaflar kimi bir sıra mühüm məsələləri müzakirə edəcəklər.

Panama və ABŞ keçən ilin iyun ayında ticarətlə bağlı razılıq əldə ediblər. Prezident Buş Konqresi bu razılığın təsdiqinə çağırır. Bu kimi razılıqlar Kolumbiya və Cənubi Koreya ilə də əldə edilib. Ağ Evin açıqlamasında deyilir ki, Panama prezidentinin Amerika səfəri ölkələr arasında dərin dostluq və sıx əməkdaşlığın nümunəsidir.

XS
SM
MD
LG