Accessibility links

ABŞ əsgərlərinin bir hissəsi İraqdan geri qaytarılacaq


Keçən il İraqa göndərilən ABŞ əsgərlərinin 3 500-ü yaxın günlərdə geri qayıdacaq. Bu gün açıqlanan bəyanatda deyilir ki, 3-cü Piyada Diviziyasının əsgərləri bir neçə həftə ərzində İraqdan geri çağırılacaq. ABŞ briqada generalı Dan Allin deyir ki, qüvvələrin müntəzəm olaraq qaytarılması İraqda davam edən inkişafın göstəricisidir. 3500 əsgərin geri qayıtması ABŞ-ın iyulun sonuna kimi 20 000 qüvvəni geri çağırmaq planı çərçivəsində həyata keçirilir.

Keçən ay prezident Buş iyul ayından sonra qeyri-müəyyən səbəbə görə ABŞ qüvvələrinin geri qaytarılmasının dayandırılması barədə sərəncam vermişdi. O, İraqdakı 140 000 ABŞ qoşununun geri çağırışına 45 günlük qadağa tətbiq edib.

XS
SM
MD
LG