Accessibility links

Rusiya ilə ABŞ nüvə əməkdaşlığı paktı imzalayacaq


ABŞ və Rusiya rəsmiləri deyir ki, bu gün Moskvada Vladimir Putinin prezidenliyinin son günü ölkələr arasında dinc mahiyyətli nüvə əməkdaşlığı paktı imzalanacaq. Razılıq Birləşmiş Ştatlar və Rusiyaya uran və başqa nüvə materialları ehtiyatının saxlanması daxil olmaqla müxtəlif sahələrdə şaxələnmiş əməkdaşlıq etməyə imkan verəcək. Pakt həmçinin hər iki ölkəni təhlükəsiz reaktor texnologiyası üzərində birgə işləməyə çağırır. Rusiya rəsmiləri “Reuters” xəbər agentliyinə bildirib ki, razılaşmanın cənab Putinin prezidentliyinin son günü imzalanması simvolik xarakter daşıyır.

XS
SM
MD
LG