Accessibility links

Amerika universitetlərində peşəkar idmanla məşğul olanların problemləri


Milyonlarla amerikalı məktəblərdə idmanla məşğul olur. Ən çox məşğul olunan idman növləri amerika futbolu və basketboldur. Məktəblər güclü idman komandalarının qələbə qazanmalarına çalışırlar. Ancaq indi məktəb administrasiyaları əmin olmaq istəyirlər ki, idmanla yanaşı onların şagirdləri tam təhsil də əldə edirlər.

Yanvarın 7-də 2 ən güclü məktəb futbol komandası Nyu Orleanda milli çempionat oyunları çərçivəsində görüşüblər. Birinci olan Ohayo ştatı ikinci yerdəki Luiziana ştatına qarşı oynayıb. Şəxsi hüquqları müdafiə edən qanunlar məktəblərin akademik göstəricilər haqda danışmasına qadağa qoyur. Bununla belə məktəblərin oyuncularını həm meydançada həm də meydançadan kənarda necə dəstəkləməsi maraqlıdır. Stan Cefferson Ohayo Ştat Universitetində futbol proqramı üzrə oyunçu məsələlərini idarə edir. Onun sözlərinə görə, oyunçular həmçinin akademik yardım əldə edə bilirlər. Buraya onların məktəblərinin ilk ilində İnteraktiv Tədris Masası toplantıları tələbi daxildir. Bu proqrama əsasən idmançılar öz işlərini müzakirə etməmişdən öncə rəhbər müəllimlə görüşməlidirlər. Stan Cefersonun bildirdiyinə görə, oyunçular həmçinin öz dərəcələri üçün kifayət qədər bilik əldə edə bildiklərini öyrənmək üçün məsləhətçilərlə də görüşürlər. Luizina Ştat Univesitetinin vebsyatında da futbol oyunçularına əlavə kömək edildiyi vurğulanır. Saytdakı məlumat deyir ki, ayrılan yüz müəllim bütün fənlər üzrə tələbələrə kömək edə bilər. Kollec idmanlarını idarə edən təşkilat akademik fəaliyyətə də diqqət yetirir. Məktəblər indi Milli Kollec İdmançıları Assosiasiyasından akademik proqressiv nəticələr əldə ediblər. Bu rəqəmlər məktəblərin bütün idman növlərindəki idmançıların məzun olma göstəricisini əks etdirir. Akademik proqressiv nəticəyə əsasən 925 rəqəmi uğurlu təhsilin 60 faizin təşkil edir. Bəs görəsən güclü məktəblər nə edir? Mayda açıqlanan son hesabata əsasən Birinci Diviziya komandasında orta göstərici 950-dir. Futbol komandalarını göstəricisi daha aşağı - 930-dur. Luiziana şatatında bu rəqəm 941-dir. Oiho şatatında furbol komadası isə 928 xal toplaya bilib. Göstəriciləri 925-dən aşağı olan məktəblər idmançılarının elmi biliklərini artırmalıdırlar. Yaxşı idmançılar adətən pulsuz təhsil əldə edirlər. Tənqidçilər deyir ki, idmançılar gələcək üçün öz təhsillərinə də fikir verməlidirlər.

XS
SM
MD
LG