Accessibility links

İsrail hərbçiləri Qəzza Zolağında bir yaraqlını öldürüb


Fələstinin tibb rəsmiləri İsrail hərbçilərinin keçən gecə Qəzza Zolağında keçirdikləri əməliyyatlar nəticəsində bir yaraqlının öldürüldüyünü, 14 nəfərin isə yaralandığını bildirirlər. Şahidlər deyirlər ki, İsrail ordusu Xan Yunis şəhərinə azı 25 tank, buldozerlər və hərbi təyyarələrin köməyi ilə hücum etmişlər. Onlar İslami Cihad Hərəkatının yaraqlısının hava hücumu nəticəsində qətlə yetirildiyini deyirlər. İsrail ordusu Fələstin yaraqlılarının İsrailə qarşı raket atəşlərinin qarşısını almaq məqsədi ilə Həmasın nəzarəti altında olan Qəzza Zolağına vaxtaşırı hücumlar edir.
XS
SM
MD
LG