Accessibility links

Rusiyada skinhedlər 2 özbəyi öldürüb


Rusiya rəsmilərinin bildirdiynə görə, bu gün səhər Moskvada iki özbək döyülmüş və bıçaqlanaraq öldürülmüşdür. Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti” polisə istinadən bildirib ki, 3 gənc skinhed 40 yaşlı süpürgəçi qadın və kişiyə hücum edib. Polisin verdiyi məlumata görə, qətl ya irqi zəmində, ya da oğurluq məqsədilə baş verib. İnsan haqları qrupları Rusiyada son illər irqi-zəmində hücumların artmasını qınayır. Rusiya skinhedləri qeyri-slavyan əsilli insanlara qarşı hücumlar həyata keçirməkdə ittiham olunurlar. Fevral ayında Qırğızıstanın Moskvadakı səfirliyi Rusiya Xarici işlər Nazirliyinə nota göndərmişdir. Notada Qırğızıstan vətəndaşlarının Rusiyada hücumlara məruz qalması barədə narahatlıq bildirilmişdir.

XS
SM
MD
LG