Accessibility links

Hizbullah yaraqlıları Beyrutun qərb hissəsinin nəzarətini ələ keçiriblər


Livandakı Hizbullah yaraqlıları ölkənin qərb tərəfdarı hökumətinə yaxın sünni döyüşçülərlə 11 adamın ölümü ilə nəticələnmiş toqquşmalardan sonra Beyrutun qərb hissəsinin nəzarətini ələ keçiriblər. Şiə yaraqlı qrup olan Hizbullah habelə hökumət tərəfdarı televiziya stansiyasının yayımını dayandırmış və stansiyanın nəzdində qəzetin redaksiyasına hücum etmişlər. “Gələcək Hərəkat” televiziya stansiyası Livan hökuməti koalisiyasının lideri Səad əl-Həririyə məxsusdur. Livan rəsmiləri zorakılıqlara görə Beyrut limanını bağlayıblar.

Səudiyyə Ərəbistanı Livanda çərşənbə günü başlamış döyüşlərlə əlaqədar vəziyyəti müzakirə etmək üçün ərəb ölkələrinin fövqəladə iclasının keçirilməsinə çağırıb.

XS
SM
MD
LG