Accessibility links

Zimbabve müxalifət lideri ikinci raund seçkilərdə iştirak edəcək


Zimbabvenin müxalifət lideri Morqan Tsvangiray bildirir ki, hazırkı prezident Robert Mugabeyə qarşı təkrar prezident seçkilərində iştirak edəcək. Zimbabve seçki komissiyası prezident seçkilərində cənab Tsvangirayın 50 faizdən çox səs toplamadığını elan etdikdən sonra, müxalifət lideri bu bəyanatı açıqlayıb. O, bir sıra təkliflər irəli sürüb. Təkliflər arasında bütün növ zorakılıqların dayandırılması, Cənubi Afrika inkişaf cəmiyyətinin sülhməramlı qüvvələrinin və həmçinin seçkiləri müşahidə etmək üçün xarici nümayəndə heyətinin iştirakı və seçkilərin Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması var. Cənab Tsvangiray ilk prezident seçkilərindən bir az sonra Cənubi Afrikaya gedib. Zimbabve seçki komissiyasi prezident seçkilərinin keçirilməsindən 5 həftə sonra seçkilərin nəticələrini elan edib. Demokratik dəyişikliklər hərəkatının lideri Morqan Tsvangiray mart ayının 29-da keçirilən prezident seçkilərində qələbə çaldığını bildirib. Bir çox müstəqil siyasi şərhçilər və Zimbabvenin vəkilləri Mərkəzi seçki komissiyasını seçki nəticələrinin açıqlanmasını geçikdirməsini tənqid ediblər. Qeyd edək ki, cənab Muqabenin ZANU-PF partiyası seçkilərdə əksəriyyət əldə edə bilməyib. Cənab Tsvangiray Pretoriyada deyib ki, təkrar prezident seçkilərində onun başçılıq etdiyi Demokratik Dəyişikliklər Hərəkatının qələbə çalacağına ümid bəsləyir.

XS
SM
MD
LG