Accessibility links

Livanın şimalında toqquşmalar baş verib


Livan təhlükəsizlik rəsmiləri ölkənin şimalında hökumətpərəst və anti-hökumət qüvvələri arasında ağır toqquşmaların baş verdiyini xəbər verirlər. Paytaxt Beyrutda isə nisbi sakitlikdir. Tripoli liman şəhərində cərəyan edən döyüşlər hökumətpərəst Sünnilər və Hezbullah tərəfdarları olan Şiələr arasında olub. Ən azı bir adamın ölməsi ilə Livanda son beş gündə ölənlərin sayı 38-ə çatıb. Rəsmilər deyirlər ki, Livan əsgərləri əraziyə daxil olmağa başladıqdan sonra Tripolidə vəziyyət sabitləşib. Bu arada Beyrutda Hezbullah qüvvələri tutduqları ərazilərdən geri çəkildikdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
XS
SM
MD
LG