Accessibility links

Birmada xunta yardım səylərini əngəlləyir


Minlərlə qaçqın fəlakət zonasını tərk edirkən beynəlxalq yardım azacıq da olsa Birmaya daxil olmaqdadır. Lakin hələ də ölkənin hərbi hökuməti xarici ekspertlərə yardım paylamağa icazə vermir. Dünya ictimaiyyəti 100 milyon dəyərində yardım verməyi öz öhdəliyinə götürüb, lakin hərbi liderlər ərzaq yardımını aeroportda saxlayır, yardım işçilərinə visa verməkdən imtina edir və yardımın özləri tərəfindən paylanmasını təkid edirlər. Bəzi hallarda yardım televiziya ilə yayımlanan mərasimlərdə yüksək rütbəli generalların adları qutuların üzərində yazıldıqdan sonra qaçqınlara təqdim olunub. Britaniya yardım agentliyi Oxfam-in regional direktoru bu gün Banqkokda müxbirlərə deyib ki, ərzaq, təmiz su və dərman çatışmazlığı üzündən milyon yarım insan ölüm təhlükəsi ilə üzləşir.
XS
SM
MD
LG