Accessibility links

Serbiya prezidenti Boris Tadiç parlament seçkilərində qələbə əldə edib


Serbiyanın Avropayönümlü prezidenti Boris Tadiç parlament seçkilərində qələbə əldə etdiyini bəyan edib. Lakin millətçilər onun yeni hökuməti formalaşdıra bilməyəcəyini deyirlər. Dünənki seçkilərdə Tadiçin demokrat partiyası və onun müttəfiqlərinin səslərin 39, radikal millətçi partiyasının isə 29%-ni əldə etdiyi bildirilir.

Prezident Tadiç seçicilərin açıq Avropa yolunu seçdiklərini deyib. Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Tadiç yeni hökumətin təşkilinin asan olmayacağını bildirsə də, 1990-cı illərdə Slobodan Miloşeviçin prezidentliyi dövründə olduğu kimi Serbiyanın təcridinə yol verməyəcəyini deyib.

XS
SM
MD
LG