Accessibility links

Avropa Birliyinin xarici işlər nazirləri Gürcüstandadır


Avropa Birlyiinin beş xarici işlər naziri Gürcüstanın qərbyönümlü hökumətinə dəstək verilməsi məqsədi ilə Tbilisidədidr. Latviya, Litva, Polşa, Sloveniya və İsveçin xarici işlər naziriləri bu gün prezident Mixail Saakşvili və digər rəsmilərlə görüş keçirib. Dünən nümayəndə heyəti Rusiya ilə separatçı regionlara görə mübahisələrə malik olan Tbilisi hökuməti ilə həmrəy olduğunu və Gürcüstanın suverenliyinə dəstək verildiyini bildirmişdi.

Rusiya ilə Gürcüstan arasında gərginlik Rusiyanın sülhməramlı qüvvələrinin separatçı Abxaziya və Cənubi Osetiyaya yerləşdirməsindən sonra daha da artmışdır.

XS
SM
MD
LG