Accessibility links

Moskva merinin Ukrayna ərazisinə daxil olmasına qadağa qoyulub


Ukrayna Moskva meri Yuri Lujkovun Ukrayna ərazisinə daxil olmasına qadağa qoyub. Bu addıma merin Ukraynanın Sevastopol şəhərinin Rusiyanın nəzarəti altında olması ilə bağlı şərhi səbəb olub. Ukrayna Yuri Lujkovun bu ərazinin Rusiyaya qaytarılması çağırışlarının təkrar edilməməsinə dair xəbərdarlığa əhəmiyyət vermədiyini bildirir.

Krım yarımadası Ukraynaya sabiq sovet rəhbəri Nikita Xruşov tərəfindən 1954-cü ildə verilib. Ukraynanın dövlət təhlükəslzik xidmətinin bəyanatında deyilir ki, Moskva merinin dedikləri Ukraynanın milli maraqlarına ziddir. Durum Ukrayna və onun NATO-ya üzvlüyünün əleyhinə olan Rusiya ilə müansibətlərini daha da gərginləşdirir.

XS
SM
MD
LG