Accessibility links

ABŞ-da daimi sakin olmağın 5 üsulu


ABŞ-da 7 milyon və bəlkə daha çox qeyri-qanuni mühacir yaşayır. Bu gün mühacirət islahatları barədə debatların əsas mövzusu onlarla nə etmək barədədir. Əlbəttə ki, qanuni imiqrantlarla bağlı sual da hələ cavabsız qalır.

Misal üçün, ABŞ öz qapılarını daha bacarıqlı işçilərə açmalıdırmı? Müəssisələrin çoxu bunu istəyir. Və ya Konqres hazırkı məhdudiyyətləri azaltmalıdırmı? Suallar həddən artıq çoxdur.
Konqres keçən il mühacirət islahatları barədə qanun layihəsini qəbul etməyə çalışdı. Ancaq qanun layihəsi Senatdan keçmədi. Ona görə də, qanunvericilərin yerinə, administrasiya sərhəd təhlükəsizliyini və mühacirlərə nəzarəti gücləndirmək üçün yeni ölçüləri bəyan etdi. Bu addımlara iş yerlərində reydlərin artırılması və müəssisə rəhbərlərinə böyük miqdarda cərimələr daxildir.

Mühacirlərin hüquqlarını müdafiə edən fəallar deyir ki, güclü nəzarət hətta qanuni immiqratları da cəzalarla üzləşmək təhlükəsi qarşısında qoyur. Ancaq qanunsuz mühacirlərin əleyhinə olan fəalların fikrincə milyonlarla insanın təchizatı ictimai xidmətlərə böyük dəyər kəsb edir. Kaliforniyada bir fəal deyir ki, ştat pulu zəlzələ riski olmayan körpü və başqa ictimai strukturların tikintisinə sərf edə bilər.

Dinləyicilərimiz adətən belə bir sual verirlər. ABŞ-da necə qanuni daimi sakin olmaq olar? Bunun 5 yolu var. Ancaq proses çox çətin və vaxtalıcı olur.

Daimi sakin xaricdə doğulan ancaq Amerika vətəndaşı ilə demək olar ki, eyni hüquqa malik olan insanlardır. Onlar işləyə ancaq, səs verə və ya siyasi idarəyə sahib ola bilməz. Daimi sakinlik özünü balaca bir kardla – “green cart”la əks etdirir. Ancaq bu kartın rəngi yaşıl yox, açıq qırmızıdır.

“Green Cart” Daxili Təhlükəsizlik Departamentində olan ABŞ Vətəndaş və Mühacir xidmətindən əldə olunur. İnsanların çoxu ABŞ-a ailə sponsorluğu ilə gəlir. Bu, o deməkdir ki, ABŞ-dakı ailə üzvləri mühacirə görə məsuliyyəti öz üzərinə götürür. Sponsor ABŞ vətəndaşı və ya daimi sakini olmalıdır. Bundan əlavə o şəxsin yaşı 18-dən yuraxı və ABŞ-a gəlmək istəyən şəxslə qan qohumluğu olmalıdır. Amerika vətəndaşı ilə ailə quran adam da dərhal qan qohumuna çevrilir. Ancaq onlara əvvəlcə müvəqqəti “Green Cart” verilir. Tədqiqatçılar nigah məhz immiqrasiya məqsədilə baş tutmamasını təsdiq etdiyi təqdirdə, iki ildən sonra həmin şəxsə daimi sakinlik statusu verilir.

İkinci yol işləmək üçün Amerikaya gəlməkdir. 2006-cı ildə təxminən 160 min adam bu üsulla ABŞ-da daimi sakin olub.
ABŞ-da daimi sakin olmaq üçün qaçqın statusu da kömək edir. Bu yol ölkələrində qaldıqları təqdirdə fiziki zorakılıqlara məruz qalacaqlarından qorxan insanlara şamil olunur. Belə şəxs vəziyyətləri barədə ya ABŞ səfirliyinə ya da BMT-nın qaçqınlar komitəsinə müraciət etməlidirlər.

ABŞ-ın daimi sakini olmağın başqa bir yolu Amerikada investisiya yatırmaqdan keçir. Bunun üçün gərək, ölkənin kasıb ərazilərinə ən azı 500 min dollar pul yatırasan və azı 10 nəfəri işlə təmin etməlisən. 2006-cı ildə bu yolla daimi sakin statusu alanların sayı 750 olub.

Beşinci və sonuncu yol isə lotoreya yolu ilə “Green Cart”ın əldə olunmasıdır. İmmiqrantların Müxtəlifliyi Viza Proqramı adlanan bu lotereyanın məqsədi dünyanın bütün xalqlarından olan nümayəndlərə Amerikada yaşamaq şansı verməkdir.
İnsanlar adlarını lotoreyaya daxil edərək bəxtlilər sırasına düşəcəklərinə ümid edirlər. Şanslı şəxsi isə kompyuter seçir.
Ancaq bu 5 üsulun hamısı üçün uzun müəyyən vaxt tələb olunur.

Emil Quliyev

XS
SM
MD
LG