Accessibility links

Amerika vətəndaşlığı üçün keçirilən "100 sual" testinə dəyişikliklər edilib


Rəsmilər tarix və hökumət haqda 100 sual élan ediblər. Keçən il hazırlanan yeni immiqrasiya testi bu ilin oktyabrından qüvvəyə minəcək. Yeni təsis edilən hökumət və tarix haqda 100 sualdan 3-ü Amerika vətəndaşlığı üçündür. İnsanlar 2008-ci ilin oktyabrından immiqrasiya prosesinin bir hissəsi kimi bu testlərdən keçməyə başlayıb. Hökumət gələn ilin əvvəlindən araşdırma materiallarının təchizatına başlayacaq.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya xidməti mülki suallar və cavablar haqda keçən həftə məlumat vermişdi. İmmiqrasiyanın yazılışı və oxunuşu da yenidən hazırlanıb. Hökumət rəsmiləri bu layihəyə 2000-ci ildən başlayıblar. Araşdırmaların nəticəsi ölkə hüdudunda necə verilməsi və onların hesablanmasında fərqlərin olduğunu göstərib. Bəzi ədalətsizliklər yaşanıb.
Rəsmilərin sözlərinə görə, götürüləcək bu testlər insanlara həmçinin vətəndaş hüquqları və məsuliyyətlərini bilməyə kömək edəcək.
Əsas 3 sual isə Konstitusiyanın qəbul olunması, mənasının açıqlanması və amerikalıların əsas hüquqlarının müdafiəsi ilə bağlıdır.

Bəzi suallarda çox az dəyişiklik var. Məsələn, “ABŞ prezidenti kimdir” sualı dəyişilərək, “hazırda ABŞ-a kim prezidentlik edir” sualı ilə əvəzlənib. “Pilqrimləri Amerikaya gətirən gəminin adı nədir”, “hansı qrup müharibə élan etmək gücünə malikdir” kimi suallar isə ümumiyyətlə ləğv olunub.

Yeni testdə bəzi suallar da peyda olub. Bunlara “Dinlərin azadlığı nədən ibarətdir?”, “ABŞ-da olan bir amerika qəbiləsinin adı?”, “2001-ci il 11 sentyabrda ABŞ-da hansı hadisə baş verib?”, “Amerikalıların demokratiyada iştirak etməsi üçün iki üsul?” kimi suallar aiddir.

Başqa bir yeni sualda isə ABŞ vətəndaşlarının iki başlıca hüququ göstərilib. Bütün suallar və cavablara Vətəndaşlıq və immiqrasiya xidmətinin saytında pulsuz baxmaq mümkündür. Saytdda testin hissələrini oxumaq və yazmaq üçün lüğət də yerləşdirilib.

Emil Quliyev

XS
SM
MD
LG