Accessibility links

Terrorun baş sponsoru - İran


Bu yaxınlarda Birləşmiş Ştatlar Dövlət Departamenti beynəlxalq terrorizm barədə illik hesabatını açıqlayıb. Sənəddə yenə də İran dünyada terrorçuları fəal surətdə dəstəkləyən dövlətlərin ön sırasındadır.

Birləşmiş Ştatlar Dövlət Departamentinin əks-terror idarəsinin koordinatoru səfir Dell Dailey İran rejiminin terror sahəsində fəaliyyətini belə edir: “ İran Fələstin terrorçu qrupları, Livanda Hizbullah, İraqdakı ekstremistləri və Əfqanıstanda döyüşən talibanı yardımla təmin edir. O, İraqda sabitliyi dəstəkləyəcəyi vədini pozur. İran rəsmiləri koalisiya, İraqın təhlükəsizlik qüvvələri və İraqın mülki vətəndaşlarının hədəflərinə hücumlar edən bəzi qrupları silah, maliyyə fondu və tövsiyələrlə təmin edir.”

Səfir Dailey deyir ki, İran terrorçuluğu dövlət səviyyəsində dəstəkləyən və Livanın demokratik hökumətini sıradan çıxarmağa çalışan müttəfiqi Suriya ilə iş birliyi aparır.

İran rejiminin siyasəti hazırda İranda yaşayan Əl-Qaidə üzlərinə qayğı göstərməyə əsaslanır, bu isə əlavə narahatlıqlara səbəb olur. Dövlət Departmentinin hesabatına istinadən 2007-ci ildə İran həbsdə saxladığı Əl-Qaidənin yüksək vəzifəli rəsmilərini ədalət məhkəməsi qarşısına çıxarılması və onların kimliyi barədə məlumat verməkdən imtina etdiyi bildirilir. İran həbsdə saxladığı Əl-Qaidə üzlərini istintaq, mühakimələri üçün doğulduğu, və ya vətəndaş olduqları ölkələrə təhvil verilmələri üçün dəfələrlə müraciət edilib. Sənəddə həmçinin qeyd edilib ki, İran Əfqanıstanda Taliban rejimi devrildikdən sonra İrana qaçan Əl-Qaidənin bəzi üzvlərinin tam fəaliyyətlərinin nəzarət altına alınması çağırışlarını rədd etməkdə davam edir.

Hesabatda qeyd edilib ki, İran Suriya ilə yanaşı Kuba, Şimali Koreya və Sudan terrorçuları dövlət səviyyəsində dəstəkləyən ölkələrdir. Bundan əlavə onlar terorrçuları maliyyə fondu, silahlar və sığınacaqla təmin edirlər. Adı çəkilən bu ölkələrin bəzisi kütləvi qırğın silahlarına malikdir. Terrorçuların bu silahlara malik olub, onlardan istifadə etmələri Birləşmiş Ştatlar və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyinə böyük hədədir. Dövlət Departamentinin beynəlxalq terorrizmlə bağlı illik hesabatında bildirilir ki, Birləşmiş Ştatlar bu ölkələrdən terrorçu qrupların dəstəklənməsindən əl çəkmələrini tələb edir.
XS
SM
MD
LG