İran hökuməti bildirir ki, o, indiki anda Birləşmiş Ştatlarla İraqın təhlükəsizliyi barədə 4-cü raund danışıqlarda iştirak etməyəcək. İran həmçinin qeyd edib ki, Birləşmiş Ştatların iştirakı ilə İraq hərbi qüvvələrinin Bəsrə və Bağdadda cinayətkar yaraqlılara qarşı hücuma keçdiyi vaxt Birləşmiş Ştatlarla danışıqlara daxil olmaq mənasızdır.
Keçən il təxminən 30 il ərzində ilk dəfə olaraq Birləşmiş Ştatlarla İran arasında birbaşa danışıqlar keçirilmişdi. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Şon Mak Kormak deyir ki, İran üçün rabitə kanalı və Birləşmiş Şatatlarla İraqın təhlükəsizliyinə dair məsələlərin müzakirəsi qapıları açıqdır.
Mən İran hökumətinin yazılı bəyanatını görmüşəm, orada qeyd edilib ki, İran, İraq və Birləşmiş Ştatlar yaraqlıları tərksilah etmək üçün birlikdə fəaliyyəti İraq qanununa zidd olduğu üçün İraq və Birləşmiş Ştatlar hökumətlərilə müzakirələrə daxil olmağı lazım bilmir. Mən İran hökumətinin bu hərəkətinin nə demək olduğunu dərk edə bilmirəm. Biz İranın yaraqlıları silahlarla təchiz etdiyini, onlara təlim verdiyini və digər növ yardımlar göstərdiyini bilirik.”
Birləşmiş Ştatlar rəsmiləri dəfələrlə bildiriblər ki, İran rəsmiləri ekstremist şiə qruplarını koalisiya, İraqın təhlükəsizlik qüvvələrinə və İraqın mülki vətəndaşların hədəflərinə öldürücü hücumlar etmələrini dəstəkləyir. Birləşmiş Hərbi Qərargahlar Komitəsinin rəisi Amerika admiralı Mike Mallen deyib ki, bu yaxınlarda İraq hökuməti cinayətkar qruplara qarşı hərbi əməliyyatlar həyata keçirdiyi vaxt İranın zərərli fəaliyyətini aşkara çıxarıb. Bu ayın başlanğıcında İraqdakı çoxmillətli hərbi qüvvələrinin sözçüsü, Amerika hərbi hava qüvvələrinin polkovniki Donald Bacon İranın təxribatçı fəlaiyyətlərindəki iştirakından söz açaraq deyib ki, İranın dəstəklədiyi Livanın Hizbolla terrorçu qrupu İraq ekstremistlərinə Tehran yaxınlığındakı düşərgədə təlim verir. O, bu düşərgənin İran İslam İnqilabı Qvardiyasının korpusu olan Qüds ordusu tərəfindən idarə edildiyiniyini bildirib.
Dövlət Departamentinin sözçüsü Şon Mak Kormak bildirib ki, bu yaxınlarda İraqın yüksək vəzifəli mümayəndə heyəti , İranın İraqın daxili işlərinə qarışdığına görə naharatlığını İran rəsmilərinə çatdırmaq məqsədilə Tehrana səfər edib. Cənab Mak Kormak bu təşəbbüsü mühüm addım kimi dəyərləndirib. Ağ evin sözçüsü Qordon Condrou yazılı bəyanatda qeyd edib ki, biz İran və İraqın yaxşı münasibətdə olmalarını arzu edirik. Buna nail olmaq üçün İran İraqda günahsız iraqlıları və amerikalıları qətlə yetirən İraq ekstremistlərinə göstərdiyi yardımı dayandırmalıdır.