Accessibility links

ABŞ prezidentinin Yaxın Şərqə səfəri davam edir


ABŞ prezidenti Corc Buş İranın nüvə silahı əldə etməsinə yol verilməsinin “gələcək nəslə bağışlanmaz xəyanət” olacağını deyib. Bu gün İsrail parlamenti-Knessetdə çıxış edən prezident İranı dünyanın aparıcı terror sponsoru adlandırıb. O deyib ki, sülh naminə bəşəriyyət İrana nüvə silahı əldə etməyə yol verməməlidir. ABŞ prezidenti Corc Buş Amerika və İsraili ayrılmaz müttəfiqlər adlandırıb. O, ABŞ-İsrail münasibətlərinin kəsildiyi təqdirdə yaxın Şərqdə probelmlərin həll ediləcəyinə dair fikirləri rədd edib. Amerikanın dövlət başçısı deyib ki, Yaxın Şərq müsəlmanları Əl-Qaidə və Həmas kimi ekstremist qrupların ədalətdən nə qədər uzaq olduqlarını dərk etsələr, onlar asanlıqla məğlub edilər.
XS
SM
MD
LG