Accessibility links

Əl-Qaidə lideri qərbə qarşı mübarizənin davam etdiriləcəyini deyir


Üsama Bin Ladeninin səsi ilə yayılan yeni kasetdə İsrail və onun müttəfiqlərinə qarşı mübarizənin davam etdiriləcəyi bildirilir. İsrail dövlətinin yaranmasının 60-cı ildönümü zamanı yayımlanan lent yazısında Bin Laden Fələstinin Əl- Qaidənin qərbə qarşı müharibəsinin əsas amillərindən olduğunu qeyd edib. O deyib ki, ABŞ-a qarşı 2001-ci il sentyabrın 11-i terror aksiyaları da bu problemdən qaynaqlanmışdı. Bin Laden qərb mediasının İsraili qurban, fələstinliləri isə terrorist kimi göstərdiyini bildirib. O, İsraili Fələstin torpaqlarının işğalçısı adlandırıb. Audio yazı bu gün islamçıların veb səhifəsində yayımlanıb.
XS
SM
MD
LG