Accessibility links

Güclü yağışlar Nərqiz qasırğasının qurbanlarının problemlərini daha da artırıb


Birmanın İrravadi çayının deltasında güclü yağışlar Nərqiz qasırğasının qurbanlarının problemlərini daha da çətinləşdirir. Xarici hökumətlər və yardım qrupları əraziyə təcili olaraq böyük miqyaslı humanitar yardım çatdırılmadığı təqdirdə xəstəliklərin yayılacağından narahatlıqlarını bildiriblər.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti “Associated Press” agentliyinə açıqlamasında içməli su çatışmazlığının Birmanın xəstə mühitində ölənlərin sayını xeyli artıra biləcəyini deyib. Tomas Qurtnerin sözlərinə görə, yüzlərlə adamın içməli su qıtlığı səbəbilə dizenteriya kimi xəstəlikərin qurbanı olacağı istisna edilmir.

XS
SM
MD
LG