Accessibility links

Ukrayna Dünya Ticarət Təşkilatının üzvü oldu


Bu gün Ukrayna Dünya Ticarət Təşkilatının tam hüquqlu üzvü oldu. May ayının 16-sı təşkilatın qəbulla bağlı protokoluna əsasən verilən 30 günlük möhlətin sonudur. Bu beynəlxalq qurumun 152-ci üzvü olan Ukrayna ixracatı ədalətsiz ticarət praktikasından müdafiə ediləcək. Dünya Ticarət Təşkilatına üzvlük Ukraynaya daha artıq idxala imkan verməklə yanaşı, ölkə daxilindəki istehsalçıların müdafiəsini məhdudlaşdırır.

Ukrayna Dünya Ticarət Təşkilatına fevral ayında, prezident Viktor Yuşenkonun 15 illik müzakirələrin başa çatması ilə Cenevrədə razılq protokoluna imza atmasından sonra dəvət almışdı. Sənəd Ukrayna parlamenti tərəfindən keçən ay təsdiq edilib.

XS
SM
MD
LG