Accessibility links

Pakistan əsgəri yaraqlılar tərəfindən qətlə yetirilib


Pakistanın ucqar ərazilərində 12 nəfərin ölümü ilə nəticələnən ABŞ-ın raket hücumuna cavab olaraq yaraqlılar bir Pakistan əsgərini qətlə yetirib. Bajaur regionunun rəsmisi Mavaz Xan deyib ki, yarım-hərbi əsgərin cəsədi Xar şəhərinin 8 kilometrliyində, bu gün səhər tapılıb.

Rəsmilərin sözlərinə görə, cəsədin üzərində aşkar edilmiş məktubda isə qətlin çərşənbə günü Damadola kəndindəki hücuma cavab olaraq törədildiyi yazılıb. Məktub yaraqlı qrup olan Tehrik-e-Taliban tərəfindən imzalanıb. Yaraqlı qrupun sözçüsü Maulvi Ömər dünən ABŞ hucumunun cavabsız qalmayacağını bəyan etmişdi. Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri isə hücumu araşdırdıqlarını bildirirlər.

XS
SM
MD
LG