Accessibility links

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İraqdadır


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün Bağdadda İraq və ABŞ rəsmiləri ilə danışıqlar aparır. ABŞ səfirliyinin sözçüsü deyir ki, Pelosi bu gün erkən İraq paytaxtına gəlib. Sözçü səfərin detalları haqda məlumat verməyib. Pelosi Demokrat partiyasıbın aparıcı firuqlarından və prezident Buşun İraq siyasətini tənqid edənlərdən biridir.

Bu arada İraq hərbçiləri Mosulda Əl-Qaidə yaraqlılarına qarşı aparılan əməliyyatlarda 1000-dən çox şübhəlini həbs ediblər. İraq hökumti dünən bəyan edib ki, silahlarını təhvil verən yaraqlılara nağd pul və amnistiya veriləcək. Mosul Əl-Qaidənin İraqdakı son istinadgahı hesab olunur.

XS
SM
MD
LG