Accessibility links

Küveyt parlamentində sərtxətt tərəfdarı müsəlmanlar əksəriyyət təşkil edəcək


Küveytdə parlament seçkilərinin nəticələrinə görə, sərtxətt tərəfdarı müsəlmanlar əksəriyyət əldə edib. Qadınlar isə parlamentdə yer ala bilməyib. Dünən keçirilən seçkilərdən sonra 50 yerli parlamentin demək olar ki, yarısını dindar mühafizəkarlar təşkil edəcək. Seçkilər Küveytin lideri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın mart ayında parlamenti buraxmasından sonra keçirilirb. Bunun məqsədi kabinetlə qanunverici orqan arasında dərinləşməkdə olan münaqişə idi. Yeni parlamentin siyasi böhrana son qoyacağına ümid edilir. Parlament uğrunda yarışan 275 namizədin 27-si qadın idi.

XS
SM
MD
LG