Accessibility links

Corc Buş Pakistanın yeni baş naziri ilə ilk dəfə görüşüb


ABŞ prezidenti Corc Buş və Pakistan baş naziri Yusif Rza Gilani terrorizmlə mübarizəni davam etdirəcəklərini deyirlər. Cənab Buş terrora qarşı mübarizəni dəstəklədiyi və ABŞ-nın üzləşdiyini təhlükəni anladığı üçün Pakistan baş nazirinə təşəkkürünü bildirib. Liderlər Misirin Şərm Əl-Şeyx şəhərində iqtisadi forum öncəsi görüşüblər. Bu, ABŞ prezidentinin Pakistanın yeni baş naziri ilə ilk görüşü olub. Baş nazir Gilani hökumətinin keçən il müxalifət lideri Benazir Bhuttonun ölümü ilə nəticələnmiş zorakılıqlara son qaymağı planlaşdırdığını deyib. Liderlər həmçinin qlobal ərzaq böhranını müzakirə edib.
XS
SM
MD
LG