Accessibility links

BMT-nin qaçqınlar üzrə rəsmisi Birmadadır


BMT-nin qaçqın məsələləri üzə ali rəsmisi bu gün Birmaya gedib. O, Birma liderlərini ölkəyə humanitar yardımın buraxılmasına icazə verməyə çağıracaq. BMT rəsmiləri deyir ki, Con Holmes hərbi hökumətin hadisələrə daha soyuqqanlı yanaşması üçün təzyiq göstərəcək. Bu arada yardım agentliyi ərzağın çatdırılmasında problem həll olunmasa Birmada minlərlə uşağın yaxın bir neçə həftə ərzində öləcəyi barədə xəbərdarlıq edib. Uşaqları Qoruyaq təşkilatının bugünkü bəyanatında deyilir ki, bir həftə əvvəl “Nərgiz” qasırğasının təsirinə məruz qalmış minlərlə cavan uşaq qida çatışmazlığından əziyyət çəkir. Qasırğa nəticəsində ölənlərin rəsmi sayı 78 mindir. 56 min insanın axtarışı isə davam edir.
XS
SM
MD
LG