Accessibility links

Zimbabve prezidentliyinə namizədə qarşı sui-qəsd cəhdində hökumət günahlandırılır


Zimbabvenin aparıcı müxalifət partiyası hökumətin hərbi kəşfiyyatını prezidentliyə namizəd Morqan Tsvangiraya qarşı sui-qəsd cəhdində günahlandırıb. Demokratik Dəyişiklik uğrunda Hərəkatın baş katibi Tenday Biti Nairobidə keçirdiyi mətbuat konfransında bildirib ki, hərbçilər cənab Tsvangiraya qarşı 18 snayperdən istifadə etməyi planlaşdırırlar. Məhz bu səbəbdən Cənab Tsvangiray vətənə qayıdışını təxirə salıb. Biti bildirib ki, müxalifətin əlində sui-qəsdlə bağlı tutarlı dəlil var. Lakin o, mediaya konkret sənəd təqdim etməyib. Zimbabve hökuməti ittihamları rədd edir.

XS
SM
MD
LG