Accessibility links

Prezidentliyə namizədlərın kampaniyaları davam edir


ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama bu gün Montana, onun rəqibi senator Hillari Klinton isə Kentukki ştatında kampaniyanı davam etdirirlər. Demokrat senatorlar bu iki ştatda ilkin seçkilərdən öncə kampaniya aparırlar. Hillari Klinton rəs sorğularına görə Kentukki ştatında irəlidədir və dörd keçmiş qubernatorun dəstəyini ala bilib. Barak Obama bazar günü onun qələbə çalacağı gözlənilən Oreqon ştatında kampaniya aparıb.

Senator Obamanın Portland şəhərində prezident Buşun administrasiyasının iqtisadi və enerji siyasəti, habelə İraqda yürütdüyü siyasəti tənqid etdiyi yürüşdə 75000-ə yaxın insanın iştirak etdiyi bildirilir.

Prezident seçkilərində respublikaçı namizəd Con Makkeyn bu gün İllinoys ştatının Çikaqo şəhərində bir sıra tədbirlərdə iştirak edəcək.

XS
SM
MD
LG