Accessibility links

Rusiya prezidenti anti-korrupsiya şurasının yaradılması haqda fərman imzalayıb


Rusiya prezidenti Dmitri Medvedev ölkədə geniş yayılmış rüşvət probleminə qarşı mübarizə aparamaq məqsədilə anti-korrupsiya şurasının yaradılması haqda fərman verib. Cənab Medvedev qərarı bu gün Moskvada imzalayaıb. Prezidentin baş məsləhətçisi Sergey Narışkin deyib ki, şura qanunları modernləşdirəcək və rus cəmiyyətini korrupsiya haqda maarifləndirəcək.

İTAR-TASS xəbər agentliyinə görə Rusiyanın yeni prezidenti korrupsiyanı ölkədə sistematik problem adlandıraraq, bunun sistematik həllə ehtiyacı olduğunu bildirib. Xəbərdə deyilir ki, anti-korrupsiya planı bir aya hazır olacaq və daha sonra prezidentə təqdim ediləcək.

XS
SM
MD
LG