Accessibility links

Çində zəlzələ səbəbilə ölənlərin sayı artmaqda davam edir


Çin rəsmiləri deyirlər ki, ötən həftə baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 40000-i ötüb. Təlafatın böyük hissəsi Siçuan vilayətində baş verib. Siçuan 7.9 bal gücündə zəlzələnin episentri olub. Çin rəsmiləri ölənlərin sayının 50000-ə çatacağını güman edirlər. Hazırda Çində 5 milyon adam evsiz qalıb. Zəlzələnin dağıtdığı Siçuan vilayətində minlərlə adam açıq havada qalıb. Milli Seysmoloji Büro xəbərdarlıq edir ki, 6-7 bal arasında təkanlar baş verə bilər.
XS
SM
MD
LG