Accessibility links

İraq ordusu Bağdadın Sədr şəhərinə daxil olub


İraqdan alınan məlumatda bildirilir ki, İraq ordusu Bağdadın Sədr şəhərində nəzarəti ələ almaq məqsədilə əraziyə daxil olub. İraqın təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, bu gün "Sülh Əməliyyatı" adı ilə keçirilən bu əməliyyat şəhərdə stabillik yaradılması məqsədi daşıyır. Hərbi qüvvələrin sözçüsü əsgərlərin şəhərə müxtəlif hissələrdən daxil olduqlarını deyib. Lakin zorakılıqlar barədə məlumat verilməyib.

Xatırladaq ki, əməliyyat şiə ruhanisi Moqtəda Əl-Sədrin yaraqlıları ilə hökumət qüvvəlri arasında atəşkəs sazişinə əsasən həyata keçirilir. Atəşkəsə baxmayaraq şiə militantları ilə ABŞ əsgərləri arasında arabir toqquşmalar baş verir.

XS
SM
MD
LG