Accessibility links

ABŞ Strateji Neft Ehtiyatlarına yanacaq almağı dayandırıb


ABŞ Enerji Departamenti mayın 16-sı Birləşmiş Ştatlar strateji neft ehtiyatları üçün neft almağı dayandırıb. Bu hadisə keçən həftə Konqresin neftin bir barelinin qiyməti 75 dollardan aşağı düşməyənədək Strateji ehtiyatlar üçün neft alınmamasına böyük üstünlüklə səs verməsindən sonra olub. Səsvermə isə neftin barelinin rekord həddə - 127 dollar 82 sentə çatdığı gün keçirilib. Neft və digər yanacaq qiymətlərinin sürətlə artmasının ictimai qəzəbə səbəb olmasından sonra həm Nümayəndlər Palatasında, həm də Senatda qanun layihəsi qəbul edilib.

Bir çox qanunvericilər deyirlər ki, hökumətin neft alışını dayandırmasının istehlakçılara təsiri az olacaq və bu, yüksək yanacaq qiymətlərini həll edə bilməz. Ancaq onlar bunu düzgün istiqamətdə olan addım adlandırırlar.

ABŞ-ın yanacaq üzrə mütəxəssisi Kevin Bookun sözlərinə görə, yanacaq qiymətlərini təchizat və tələbat müəyyən edir: “Bu, istehsalçı narahatlığına simvolik cavab vermək üçün asan və çevik bir üsuldur. Strateji ehtiyatlara neft alışını dayandırsanız ona elə də ciddi ziyan dəyməyəcək. Nəhayət, bu ehtiyyatların tam dolması üçün cəmi 24 milyon barel lazımdır. Digər tərəfdən, doldurulmanın dayandırılması dünya neft qiymətlərinin effektli şəkildə dəyişməsi ilə nəticələnməyəcək”.

Strateji Neft Ehtiyatları ABŞ-ın cənubunda körfəz sahilində duz mağaraları şəbəkəsidir. Şəbəkə 1970-ci ildə neft təchizatlarının gözlənilmədən dayandırılmasına qarşı bufer kimi yaradılıb.

Konqresdə keçən cümə günü qərar qəbul edən zaman prezident Buş bunun əleyhinə çıxış edib: “Şübhəsiz ki, yüksək benzin qiymətləri səbəbilə dərin narahatlıq keçiririk. Bu isə o deməkdir ki, ABŞ konqresi benzinlə yanaşı, xam yanacaq təchizatının artırılmasını çətinləşdirən qanunlar da qəbul etməməlidir”.

Keçən həftə Yaxın Şərqə səfər edən prezident Buş yanacaq istehsalını artırmaq və rekord neft yiqmətlərinə kömək etmək üçün Səudiyyə Ərəbistanı liderlərinə təzyiq göstərib. Səudiyyə Ərəbistanı bu il artıq ikinci dəfədir bu təklifi rədd edir. Buş administrasiyasının iddiasına görə, adekvat təchizatlar neft qiymətlərini həmişə yüksək saxlayır, ancaq Səudiyyə hökuməti deyir ki, tələbat və təchizat balanslıdır.

Neft məsələləri üzrə mütəxəssis Bookun fikrincə, istehsalın kifayət qədər artması çətin olacaq çünki Hindistan və Çindən neftə olan tələbat təchizatları çoxaldır. O deyir ki, Çində əsasən yollar və avtomobillər tələbatın artmasına səbəb olur: “Əvvəllər nisbətən az neft istehlak edən Çin dəyişdi və birdən neft istehsalçılarının gözləmədiyi halda tələbatı artdı”.

ABŞ Senatı keçən həftə mübahisəli bir qanun layihəsini qəbul etməyib. Layihə Alaskada mühafizə altındakı ərazilərdə və hazırda məhdudiyyət qoyulan sahildən kənar sularda neft istismarına icazə verilməsi məqsədi daşıyırdı. Ətraf mühit qrupları bu ərazilərdə neft istismarının başlamasına qarşı mübarizə aparır.
XS
SM
MD
LG